1 / 19

FƏNN –METROLOGIYANIN ƏSASLARI § 6. RUSİYADA METROLOGIYANIN FƏALIY - YƏTININ HÜQUQI ƏSASLARI

Azərbaycan Dövlət Aqrar Universiteti İnformasiya texnologiyaları, aqromü h ən- dislik və energetika fakültəsi Kənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası. FƏNN –METROLOGIYANIN ƏSASLARI § 6. RUSİYADA METROLOGIYANIN FƏALIY - YƏTININ HÜQUQI ƏSASLARI

eydie
Download Presentation

FƏNN –METROLOGIYANIN ƏSASLARI § 6. RUSİYADA METROLOGIYANIN FƏALIY - YƏTININ HÜQUQI ƏSASLARI

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Azərbaycan Dövlət Aqrar Universitetiİnformasiya texnologiyaları, aqromühən- dislik və energetika fakültəsiKənd təsərrüfatı maşınqayırması, standartlaşdırma və sertifikasiya kafedrası FƏNN –METROLOGIYANIN ƏSASLARI § 6. RUSİYADA METROLOGIYANIN FƏALIY-YƏTININ HÜQUQI ƏSASLARI Mühazirəçi texnika elmləri namizədi İsmayılov Nazim Köçəri oğlu GƏNCƏ -2010

  2. P L A H 1. Ölçü vəhdətinin təmin edilməsi barədə RF-nin qanunu. 2. Metrologiya üzrə qanunvericiliyin pozulmasına dair məsuliyyət.

  3. Ə D Ə B İ Y Y A T 1. СмитлзК. Дж. Металлы: Справ. изр. Пер. с англ., 1980, 447 с. 2. Димов Ю.В. Метрология, стандартизация и сертификация: Учебник для вузов. 3-е изд. –СПБ.:Питер, 2020.-464 с.: ил.- (серия «Учебник для вузов»). 3. Аристов А.И. Метрология, стандартизациясер-тификация: Учебник для стад. Высш. Учеб. Даве-дений /А.И.Аристов, Л.И.Карпов [и. др.]. – М.:Изда-тельский центр «Академия», 2006. -384 с. 4. Крылова Г.Д. Основы стандартизации, серти-фикайии, метрологии: учебник для вузов. -3-е изд. Пер. и доп. –М.: ЮНИТИ –ДАНА, 2007. – 671 с.

  4. 1993- cü ildə ölçüvəhədətinin təmin edilməsi barədə RF-nin Qanunu qəbul edilmişdir. O vaxta qədər metro-logiya sahəsində demək olar ki, qanunvericilik norma-ları yox idi. Hüquqi normalar Hökumətin qərarları əsa-sında müəyyən edilirdi. Bu qərarların müddəaları ilə müqaisədə Qanun bir çox yeniliklər müəyyən etmişdir- terminologiyadan metroloji fəaliyyətin lisenziyalaşdırıl-masına qədər Dövlət metroloji nəzarət funksiyalarının dəqiq ayrılması müəyyən olunmuşdur; kalibrlənmə qay-dalarına yenidən baxılmışdır, ölçü vasitələrinin könüllü sertifikasiyası tətbiq edilmişdir və s. Ölkənin bazar iqtisadiyyatına keçməsi zərurətindən asılı olaraq dövlət metrologiya odarələrinin yenidən

  5. qurulması faktiki olaraq metroloji fəaliyyətin və idarə xidmətlərinin mərkəzləşdirilmiş idarə olunma sisteminin parçalanmasına gətirib çıxıardı. Müxtəlif mülkiyyət formalarının yaranması, ölçü vasitələrinin məcburi döv-lət sınaqlarından keçməsi, onların yoxlanması, dövlət nəzarəti və təsərrüfat fəaliyyəti subyektlərinin artmış olan sərbəstlik dərəcələri arasındakı ziddiyyətlərin yaran-masına səbəb olmuşdur. Bunlara əlavə olaraq Rusiya dünya iqtisadiyyatına inteqrasiya zərurəti ilə əlaqədar digər problemlər də daxil edildi. Məsələn TTBA/BTT-na daxil olması və s. Beləliklə, metrologiyanın hüquqi, təşkilati, iqtisadi əsaslarının yenidən baxılması olduqca aktual problemə çevrildi.

  6. Metrologiya sahəsinə aid olan müddəalar dövlətin ali qanunverici orqanı tərəfindən qəbul olunan qanunla təs-bit olunmalıdır. Əslində hüquqi dövlətdə istehlakçıların hüquq və maraqlarının qorunmasına yönəldilmiş hüquqi normalar stabil qanunverici aktlarla nizamlanır. Bununla əlaqədar olaraq “Ölçülər vəhdətinin təmin edilməsi” barədə Qanunun qəbul olunmasından əvvəl qüvvədə olan metrologiya üzrə müddəalar yalnız ona zidd olmayan hissəsi daxilində tətbiq edilir. “Ölçülər vəhdətinin təmin edilməsi” barədə RF Qanunun əsas müddəalarını nəzərdən keçirək. Qanu-nun məqsədləri aşağıdakılardan ibarətdir.

  7. - RF vətəndaşlarının hüquq və qanuni maraqlarının, müəyyən edilmiş hüquqi qaydası və iqtisadiyyatının mötəbər olmayan ölçü nəticələrinin mənfi təsirlərindən qorunması. - kəmiyyətlər vahidlərinin dövlət etalonları və ölkədə tətbiqi buraxıla bilən vahidlərlə ifadə olunan və dəqiqliyinə təminat verilmiş ölçülər nəticələrinin istifadə olunması əsasında elmi-texniki və iqtisadi tərəqqiyə kömək; - beynəlxalq və firmalararası əlaqələrin inkişafı üçün əlverişli şəraitlərin yaradıl-ması; - ölçü vasitələrinin istehsal edilməsi, istismarı, təmiri, satışı və idxalı üzrə RF-nin dövlət idarəetmə orqanlarının hüquqi və fiziki şəxslərlə münasibətlərinin nizam-lanması.

  8. - rus ölçü sisteminin dünya təcrübəsinə uyğun-laşdırılması; - metrologiya üzrə xarici qanunvericisi müddə-alardan fərqli olaraq. “Qanunun” xüsusiyyəti ondan ibarətdir ki, onun əsas tətbiq sahələri olan ticarət, səhiy-yə, ətraf mühitin qorunması, xarici iqtisadiyyatdan əlavə olaraq kəmiyyətlər vahidlərinin dövlət etalonla-rının tabeçiliyində olmaq şərti ilə hüquqi şəxslərin me-troloji idarələri tərəfindən istehsalatın bəzi sahə-lərinin ölçü vasitələrinin kabibrlənməsi sahəsinə də şamil edilir. Qanun hüquqi şəxslərin akkreditasiya olun-muş metroloji idarələrinə onları akkretitasiya etmiş orqan və təşkilatlar adından sertifikatların verilməsi hüququnu həvalə edir.

  9. Xaricdə Hökumətin Federal orqanlarının səlahiy-yətinə ölçülər vəhdətinin təmin edilməsi barədə yalnız qanunvericiliyin əsaslarının müəyyən edilməsi daxildir. Xarici dövlətlərin təcrübəsindən fərqli olaraq RF-da ölçü vəhdətinin təmin edilməsi ilə olan münasibətlər yalnız federal qanunvericilik aktları ilə tənzimlənir. Bu hüquqi qaydadan istisna olaraq RF-sı subyektlərinə dövlət metroloji nəzarətin bəzi məsələləri üzrə normativ aktların qəbuledilməsi üçün imkan yaradılır. “Ölçülər vəhdətinin təmin edilməsi barədə” Qanun qanunun məqsədlərinə qulluq edən əsas anlayışları müəyyən edərək onları qanunvericiliyə uyğun olaraq təsbit edir.

  10. Ölçülər vəhdəti, ölçü vasitəsi, kəmiyyət vahidinin dövlət etalonu, ölçülər vəhdətini təmin edən normativ sənədlər, metroloji qulluq, metroloji nəzarət, ölçü vasitə-lərinin yoxlanması və kalibrlənməsi, ölçü vasitəsi növü-nün təsdiqi barədə sertifikat, ölçü vasitələrinin yoxlan-ması üçün akkreditasiya hüququ. Kalibrlənmə haq-qında sertifikat. Bu təriflərin əsasında Beynəlxalq qanun-vericilik metrologiyanın rəsmi terminologiyası (QMBT)durur. Qanunun əsas maddləri aşağıdakıları mü-əyyən edir: - ölçülər vəhdətini təmin etməklə dövlət idarə-çiliyinin təşkilatı strukturunu; - ölçülər vəhdətinin təmin edilməsi üzrə normativ sənədləri; - kəmiyyətlər vahidlərini və kəmiyyətlər vahidlərinin dövlət etalonlarını;

  11. Qanun ölçülər vəhdətinin təmin edilməsi üzrə Dövlət metroloji qulluğu və digər qulluqları, dövlət idarəetmə orqanlarının və hüquqi şəxslərin metroloji qulluqlarını, eləcədə dövlət metroloji nəzarətin növlərini və paylanma sahələrini müəyyən edir. Qanunun ayrı-ayrı maddələri ölçü vasitələrinin kalibrlənmə və sertifikasiyası haqqında müddəalar sax-lanmaqla Qanunun pozulmasına görə məsuliyyət növlə-rini müəyyən edir. Dövlət metroloji qulluq birbaşa RF-nin bir idarəsinə -Dövlət standarta tabedir. Bu çərçivədə onun fəaliyyəti müstəqil və avtonomdur. Bazar iqtisadiyyatının bərqərar olması Qanununbəzi maddələrinə öz təsirini göstərmişdir. Xaricdə metro-loji qulluqların struktur bölmələri qanunverici metrolo-giyanın çərçivəsindən çıxarılmışdır.

  12. RF-da isə hal-hazırda sənaye metrologiyanın qanunverici metrologiyanın müddəalarının qorunması məqsədəuyğun hesab edilmişdir. Ən azı üç səbəbə görə RF ölçülər sisteminin qanunvericiliklə təsbit olun-ması tələb olunurdu: - dəqiq olmayan cihazların yaxud ölçü meto-dikalarının istifadəsi texnoloji pro-seslərin pozulmasına, energetik resursların itgisinə, qəza vəziyyətlərinə, çıx-daşa səbəb olur; - ölçülər nəticələrinin etibarlı alınması üçün xərclərin xeyli artması. İqtisadiyyat inkişaf etmiş ölkə-lərdə ölçülərə ÜDM-ın təxminən 6% sərf olunur. - iqtisadiyyatın idarə olunmasının desentralizasiyası metrologiyada struktur dəyişikliklərin zəruriyyətinə səbəb olur;

  13. “Ölçülər vəhdətinin qorunması barədə” qanun aşağıdakı prinsiplərə cavab verən metrologiya sahəsində Beynəlxalq əməkdaşlıq üçün hüquqi bazanı möhkəm-ləndirir: - beynəlxalq nüqavilə ğhdəliklərinin birinciliyinin müdafiəsi; - Rusiyanın TTBA (BTP) –na birləşməsi üçün gedən proseslərə yardım; - ikitərəfli və çoxtərəfli xarici iqtisadi münasibət-lərdə texniki maneələri aradan qaldırmaq üçün sınaq-ların nəticələrinin, yoxlamaların və kalibrlənmələrin qarşılıqlı tanınması üçün şəraitlərin yaradılması.

  14. Qəbul olunmuş Qanunun yerinə yetirilməsi üçün RF Hökuməti 1994-cü ildə bir sıra sənədlər təsdiq etmişdir. “Dövlət elmi- metroloji mərkəzlər haqqında əsasnamə”, “Federal icra hakimiyyəti orqanları və hüquqi şəxslərin metroloji qulluqlar barədə əsasnamə-lərin təsdiq olunma qaydası”, “ölçü vasitələrinin yox-lama hüquqq əldə etmək üçün hüquqi şəxslərin metro-loji qulluqları barədə akkreolotasiya qaydası”, “RF-da müdafiənin metroloji təminatı barədə Əsasnamə”. Qanunla birlikdə bu sənədlər RF –da metrologiya üzrə əsas hüquqi aktlar hesab edilirlər. Lakin nəzərə olmaq lazımdır ki, federal idarəetmə orqanlarının metroloji qulluqları Dövlət metroloji qulluğa aid deyillər.

  15. Onların fəaliyyəti bir sahə ilə məhdudlaşır, orqanlar isə dövlət metroloji nəzarətin obyekt-ləridir. RF –nın “ölçülər vəhdətinin təmin olunması barə-də” Qanunla metroloji qayda və normaların pozulma-sına “gör” hüquqi məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun 20-ci maddəsi pozulmalara görə müxtəlif ehtiyat tədbirləri müəyyən edir (qadağalar. Məcburi əmrnamələr və s.). 25-ci maddə qanunu pozanların inzibati, mülki-hüquqi yaxud cinayət məsuliyyətinə cəlb olunma mümkünlüyünü nəzərdə tutur. Ehtiyat tədbirləri yaxud xəbərdarlıq –inzibati cəza-ların müxtəlif növləridir, bunları Dövlət standartın dövlət müfəttişləri həyata keçirir.

  16. Bununla yanaşı vəzifəli şəxslərin buraxdığı səhvlərə görə RF kodeksində pul cərimələri və xəbərdarlıq müəyyən edilmişdir. Aşağıdakı hallarda fərdi sahibkarlar aşağıdakı hallarda beşdən 5...100 minimal əmək haqqı məblə-ğində cərimə olunurlar: ölçü vasitələrinin ölçmələrin yerinə yetiril-məsinin attestasiya olunmuş metodika-sının, etalonların vəziyyətinə qoyulan tələblərin və s. pozulmasında. Digər başqa məsələlər RF Kodeksinin müvafiq maddələri əsasında həll edilir. Cinayət Kodeksində nəzərdə tutulan cinayət əlamətləri olduğu halda, metroloji tələbləri pozanlar cinayət məsuliyyətinə cəlb olunurlar.

  17. Bunlara aşağıdakılar aid edilir: səhlənkarlıq, metro-logiya qaydalarının pozulması, təhlükəsizlik tələblərinə cavab verməyən malların istehsalı yaxud satışı. Aparılmış yoxlamaların müvafiq nəticələri alındıqda RF Dövlət standartının dövlət nəzarət orqanlarının təşəbbüsü ilə də cinayət işi qaldırıla bilər. Metroloji qayda və normaların pozulmasına görə inzibati məsuliyyət RF-nın əmək Kodeksi əsasında müəssisə müdiriyyətinin qərarı əsasında müəyyən edilir. Qeyd etmək lazımdır ki, göstərilən məsuliyyət növlərinin istəniləninə cəlb olunan şəxsin digər hüquqi məsuliyyət növlərinə cəlb olunmasını istisna edir.

  18. RF-nın Əmək Kodeksi, RF-nın Cinayət Məcəlləsi və RF-nın inzibati hüquqi pozuntuları Məcəlləsinin nəzərdə tutduqları sanksiyalara gəldikdə “Ölçülər vəh dətinin təmin olunması barədə” Qanunun 20-ci maddəsi onların eyni vaxta tətbiqinin mümkün-lüyünü güman edir.

  19. Diqqətinizə görə çox sağ olun. TƏRTİBAÇI İSMAYILOVA HİCRAN

More Related