1 / 50

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ. AQRONOMLUQ İXTİSASI ÜZRƏ FİTOPATOLOGİYA KURSU. 5. I BÖLMƏ: BİTKİLƏRİN ÜMUMİ PATOLOGİYASI. Mövzu 1 . Bitki xəstəlikləri haqqında ümumi məlumat. Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov. P L A N:. Giriş

kasie
Download Presentation

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. AZƏRBAYCANDÖVLƏT AQRAR UNİVERSİTETİ AQRONOMLUQİXTİSASIÜZRƏ FİTOPATOLOGİYA KURSU

  2. 5 IBÖLMƏ: BİTKİLƏRİN ÜMUMİ PATOLOGİYASI Mövzu 1. Bitki xəstəlikləri haqqında ümumi məlumat Kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərov

  3. P L A N: Giriş 1.1 Fitopatologiyanın predmeti və obyektləri 1.2 Fitopatologiya elminin qısa inkişaf tarixi və vəzifələri 1.3 Azərbaycanda fitopatologiyanın inkişafı 1.4 Bitki xəstəlikləri, patoloji proses, onun mahiyyəti 1.5 Xəstəliyin tipləri 1.6 Bitki xəstəliklərinin təsnifatı

  4. Ədəbiyyat 1. İbrahim Cəfərov Ümumi fitopatologiya. Bakı: «Elm», 2007, 388 s. 2. İbrahim Cəfərov Fitopatologiya (fənnin öyrənilməsinə dair metodik vəsait). Bakı: «Elm», 2008, 181 s. 3. İbrahim Cəfərov Fitopatologiya. Bakı: «Şərq-Qərb», 2012, 561s. 4.M.Timur Döken, Erkol Demirçi, Hüseyn ZenginFitopatoloji. Erzurum: 2010, 256 s. 5. Семенкова И.Г., Соколова Э.С. Фитопатология. М.: Изд. Академия, 2003, 496 с. 6. Чикин Ю.А. Общая фитопатология. Томск: 2001, 171 с. 7. Charles Lane Fungal Plant Pathogens. 2012. 8. George Nichelas Agrios Plant Pathology. 2005, 952 p. 9. www. stavropolye.tr 10. www. nbcnews.ru

  5. Giriş 1.1 Fitopatologiyanın predmeti və obyektləri Fitopatologiya yunan sözüdür: phyton - bitki pathos - xəstəlik logos - elm bitki xəstəlikləri haqqında elmdir.

  6. Hər hansı bir elm kimi fitopatologiya da öz növbəsində bir sıra bölmələri əhatə edir: simptomologiya - bitki xəstəliklərinin simptomlarının və ya əlamətlərinin öyrənilməsi etiologiya – bitkilərin xəstəlik törədiciləri haqqında elmdir patoloji morfologiya, anatomiya, fiziologiya və biokimya epifitotologiya –bitkilərin kütləvi xəstəlikləri haqqında elmdir bitkilərin immuniteti gigiyena, profilaktika və terapiya

  7. MİKOLOGİYA BOTANİKA FİTOPATOLOGİYA BİOLOJİ ELMDİR BİTKİ FİZİOLOGİYASI VİRUSOLOGİYA BİTKİ BİOKİMYASI MİKROBİOLOGİYA

  8. FİTOPATOLOGİYA KƏND TƏSƏRRÜFATI ELMİDİR ƏKİNÇİLİK BİTKİÇİLİK ENTOMOLOGİYA AQROKİMYA TORPAQŞÜNASLIQ

  9. Fitopatologiyanın yuxarıda göstərilən bölmələri üç blok məsələləriözündə birləşdirir: • 1. Bitkinin fərdi xəstəlikləri ilə əlaqədar suallar məcmusu-xəstəlik törədiciləri, bitkidə onların inkişafı, həsas və davamlı bitkilərin yoluxmaya cavab reaksiyası; • 2.Populyasiyalarda bitki xəstəlikləri, təbii fitosenozlarda və aqrose-nozlarda epifitotiyaya təsir edən amillər; • 3. Diaqnostika, hesabat, proqnoz və bitkilərin mühafizəsi ilə əlaqədar davamlı sortların seleksiyası da daxil olmaqla tətbiqi tədqiqatlar bloku.

  10. FAO ekspertlərinin verdikləri məlumatlara görə (2008) dünya üzrə istehsal olunan kənd təsərrüfatı məhsul-larının 30-32% müxtəlif mikroorqanizmlərin vurduqları zərər nəticəsində itkiyə gedir. 10-12%məhsul isə saxlan-ma zamanı çıxdaş edilir. Bu itkinin çox böyük bir qismi də xəstəliklərin payina düşür. Kartofel.bolezn/orq saytının məlumatına əsasən dünya-nın kartofçuluq ölkələri təkcə xəstəliklərin təsirindən hər il 90 mln. ton yumru və ya istehsal edilən məhsulun 17%-ni itirirlər.

  11. Kartofun yarpaq və yumrularında fitoftoroz

  12. Pomidorun yarpaq və meyvələrində fitoftoroz

  13. 1.2 Fitopatologiya elminin qısa inkişaf tarixi və vəzifələri Fitopatologiya qədim elmlərdəndir. XVII əsrin ortaları - Robert Huk və Marçello Malpiqi ilk dəfə göbələyi böyütməklə qızılgüldə pas xəstəliyinin törədicisini müşahidə etdilər. 1775-ci il - Fransız botaniki M.Tullet təsdiq etdi ki, sürmə-buğda toxumla-rının sürmə tozu ilə zibillənməsinin nəticəsidir. 1807-ci il - Fransız botaniki Benedikt Prevo eksperiment-lərlə sübut etdi ki, sürmə xəstəliyinin inkişafının səbəbi parazit göbələkdir.

  14. XIX əsrin 40-cı illərinin əvvəlləri – fitopatologiyanın 2 istiqaməti müəyyənləşdi: Parazit növlərin tədqiqi və bitki xəstəliklərinin patogenezində onların rolu Göbələklərin inkişaf tsikllərinin öyrənilməsi

  15. Paris Akademiyasının üzvi, professor, fransalı alim, botanik Lui Rene Tülyan - sürmə, pas, unlu şeh və başqa xəstəliklərin inkişaf tsiklini öyrəndi. Lui Rene Tülyan və qardaşı Şarl Tülyan pleomorfizm hadisəsini öyrəndilər. Pleomorfizm – eyni göbələyin müxtəlif spor tiplərini əmələ gətirməsidir.

  16. XIX əsrin ortaları – elmi fitopatologiyanın intensiv inkişafı. İnkişafı təmin edən amillər: Mikroskopun yaranması Hüceyrə haqqında təlim Ç.Darvinin təkamül nəzəriyyəsinin kəşfi

  17. Fitopatologiyanın inkişafına təkan verən alimlər: FransızalimiLuiPaster (1822-1895) AlmanmikrobioloquRobertKox (1843-1910) 1853-cü il Anton de Bari - «Sürməgöbələklərinədairtədqiqatlarhaqqında».

  18. 1861-ci il - Anton de Bari kartofun fitoftoroz xəstəliyinin törədicisinin təsvirini verir. İlk dəfə sahib bitkidə göbələyin spordan-spora fərdi inkişafını izləyir və ontogenetik metodu tətbiq edir. Pas göbələklərinin biologiyasını öyrənir. Bitki xəstəliklərinin inkişafında parazitizmi öyrənir.

  19. M.S.Voronon – bitki xəstəlikləri və ətraf mühit əlaqələrini öyrənir. İlk dəfə çay bitkisində ekzobazidioz xəstəliyinin törədicisini təsvir edir. 1866-cı il - M.S.Voronon təsdiq edir ki, göbələklərlə yanaşı bakteriyalarda bitkilərin xəstəlik törədiciləridir.

  20. Amerikalı fitopatoloq Tomas Con Barril (1839-1916) – ilk dəfə meyvə bitkilərində yanıq xəstəliyinin bakteriya təbiətli olduğunu sübut edir. Amerikalı fitopatoloq Ervin Smit (1854-1927) – bak- teriozlar haqqında təlim yaradır, metodikalar işləyir. İ.Z.Serbinov (1872-1925) – bakteriozların öyrənilməsini daha da təkmilləşdirir, bir sıra bakteriozları təsvir edir.

  21. 1898-ci il holland mirobioloqu M.Beyernik – virusların bitki xəstəliklərinin törədiciləri olması haqqında fikri təsdiq edir. İ.Stenli – məhşur amerikalı biokimyaçı və virusoloq – virus xəstəliklərinin daha dərin tədqiqatçısıdır.

  22. 1.3 Azərbaycanda fitopatologiyanın inkişafı Ölkəmizin rəngarəng torpaq-iqlim şəraiti, yabanı və mədəni bitki florasının zənginliyi burada müxtəlif toksonomik qruplara daxil olan göbələk aləminin də formalaşmasına səbəb olmuşdur. Bu nöqteyi nəzərdən Azərbaycan daim müxtəlif ölkələrdən olan tədqi-qatçı alimlərin diqqətini cəlb etmişdir. Buna baxmayaraq respubli-kamızda mikoloji floranın öyrənilməsi XX əsrin əvvəllərinə qədər epizodik və təsadüfi xarakter daşımışdır. Əksər hallarda isə göbələk-lərin və göbələk mənşəli xəstəliklərin tədqiqi mütəxəssis mikoloq və ya fitopatoloqlar tərəfindən deyil, floristik tədqiqatlar aparan botaniklər tərəfindən cəhdlər edilmişdir. Buna rəğmən 1927-ci ilə qədər müəyyən mikoloji materiallar toplanmışdır.

  23. Fitopatologiyanın inkişafında rolu olan azərbaycanlı alimlər Valeri Ulyanişev (1898-1996) Ürfət Rəhimov (1927-1992) Nisə Mehdiyeva (1928)

  24. Ağavəli İbrahimov (1938) Məhəmməd Babadoost İbrahim Cəfərov (1956)

  25. 1.4 Xəstəlik nədir ? Bitkixəstəliyipatolojiprosesolub, sahib bitki, xəstəliktörədicivəətrafmühitamillərinintəsirialtındabaşverir. Xəstəlikhaqqında ilk tərifhələ XIX əsrinəvvəllərindəA.Frank (1815), O.Dekandol (1832) tərəfindənverilmişdir. Alimlərhesab et-mişlərki, bitkinin normal fiziolojivəziyyətindənhərhansıbirkə-narlaşmasıonunxəstəliyidir. Beləanlayışbitkixəstəliyihaqqındabirtərəflitəsəvvüryaradır, xəstəliyəyalnızfiziolojihalkimibaxır, onasəbəbamillərbarədəisəfikiryaratmır. Birsıraəlavələrləbunöqteyinəzəri XX əsrinalimlərindənS.İ.Rostovsev, A.Ş.Bondarsev, E.Stekmen, Dj.Xarrarvəbaşqalarıdamüdafiəetmişlər.

  26. Bitkixəstəliyi - bu məhsulu məhv edəndir (A.Frank, 1812). Bitki xəstəliyi - bu bitkinin normal fizioloji vəziyyətdən kənar-laşmasıdır (O.Dekandol, 1832). Bitki xəstəliyi filogenezdə bitki orqanizmi ilə mühit arasında formalaşan münasibətlərin pozulmasının nəticəsidir (N.Naumov, 1926). Bitkixəstəliyi - bütöv bitkini və ya onun ayrı-ayrı orqanlarına toxunan və bəzən bitkinin vaxtından əvvəl məhv olmasına səbəb olan normal həyati proseslərinin pozulmasıdır (F.T.Brooks, 1953).

  27. Bitkixəstəliyihaqqındamüasiranlayış DÜİST 24507-81-ə aiddir: «Fitopatogeninvəyaəlverişsizmühitşəraitinintəsirialtındahüceyrə, toxuma, orqanvəbütövlükdəbitkidə normal maddələrmübadiləsininpozulmasıxəstəlikdir» (K.V.Popkova, 1989). Bitki xəstəliyi - bitki orqanizminin strukturunun və funksiyaları-nın patogenlə qarşılıqlı əlaqələr nəticəsində pozulmasıdır, bu isə bioloji məhsuldarlığın aşağı düşməsinə və ya bitkinin məhv olmasına səbəb olur (A.Belyayev, 1999). Qeyd etmək lazımdır ki, bitkidə gedən fizioloji və struktur pozul-malar onun məhsuldarlıq göstəricilərinə təsir edir: bir çox hallarda məhsul kəskin azalır, başqa halda isə onun keyfiyyəti pisləşir.

  28. Örtük Sitoplazma Nüvə Mitoxondri Ribosomlar Lizasom Holci aparatı Xloroplast Xromoplast Endoplazmatik şəbəkə Plazmodesma Mikro borular Nişasta dənəsi Vakuol Sağlam bitki hüceyrəsi və onun komponentləri

  29. Hüceyrə daxilində qaustoriyalar

  30. Mildyu ilə yoluxmuş üzüm yarpaqlarının alt səthinə ağızcıq vasitəsilə parazitinkonididaşıyanlarının çıxışı

  31. 1.5 Xəstəliyin tipləri Xəstə bitkilər sağlamlardan morfoloji quruluşlarında əmələ gələn müxtəlif anormallıqlarla fərqlənirlər. Hər bir xəstəlik özünə məxsus əlamətlər əmələ gətirməklə digərlərindən fərqlənirlər. Çoxsaylı xəstəliklər formalaşdırdığı xarici əlamətlərin əmələ gəlmə xarak-terinə görə 5 əsas tipə bölünürlər:

  32. Xəstəliyin tipləri toxumanın dağılması toxumalarda yeni törəmələr yoluxmuş orqanların rənginin dəyişməsi yoluxmuş orqanların formasının dəyişməsi yoluxmuş orqanların daxilində və ya səthində parazitlərin spor və meyvə bədəninin əmələ gəlməsi

  33. I TİP - TOXUMALARIN DAĞILMASI Çürümə - toxumaların dağılması çürümə prosesinin başlanması ilə xarakterizə edilir. Quru və yaş çürümələri fərqləndirirlər. a) yaş çürümə selik əmələ gəlməsi ilə səciyyələnir. Nümunə: almada meyvə çürüməsi. b) quru çürümə toxumaların tozlu kütləyə çevrilməsi ilə müşayət olunur. Nekroz- bitkinin müxtəlif orqanlarının (parenxim toxumaları, hüceyrə, yarpaq boruları və s.) müəyyən toxumalarının ölüşgəməsi. Toxumanın və ya toxuma sahəsinin ölüşgəmiş sahələri qonur və ya qara rəng alır.

  34. Ləkəliklər- yarpaq, gövdə, meyvə kimi orqanların toxumalarının yerli yoluxması ilə xarakterizə edilir. Yoluxma yerində toxuma yaşıl rəngini itirir, müxtəlif rəng alır və ya toxuma tamamilə rəngsizləşir, bir hissəsi məhv olur. Qeyri müəyyən və müəyyən ləkəlikləri fərqləndirirlər. Qeyri müəyyən ləkəlik xəstə toxumanın sağlama tədricən keçidi ilə səciyyə olunur. Nümunə: günəbaxanda peronosporoz və ya üzümdə mildyu. Soluxma – bütöv bir bitkinin və ya onun ayrı-ayrı hissələrində turqorun itməsi. Nümunə: kartofda vertisilliyoz. Kitrəaxımı- toxumaların dağılması nəticəsində bitkinin yoluxmuş hissələ-rindən kitrə axır, quruyaraq tünd və ya parlaq şüşəyəoxşar topa əmələ gətirir.

  35. Yarpağın səthində mildyulu ləkələr - Plasmopara viticola

  36. Yarpağın arxa səthində mildyulu örtük - Plasmopara viticola

  37. Gilas yarpağında kokkomikoz Coccomyces hiemalis Şaftalıda boz meyvə çürüməsi Monilia cinerea

  38. II TİP - TOXUMALARDA TÖRƏMƏLƏR Şişlər- hipertropiya və hiperplaziya nəticəsində müxtəlif orqan-ların toxumalarının həcmcə böyüməsi. Nümunə: üzüm tinglərində bakterial xərçəng, kartofda xərçəng. Şeytansüpürgəsi- gövdənin məhdud hissəsində yatmış tumurcuq-lardan anormal, külli miqdarda zoğların əmələ gəlməsi, bunun nəti-cəsində sıxlaşma baş verir və bu hal süpürgəni xatırladır. Nümunə: albalıda, almada şeytan süpürgəsi.

  39. Bibərdə bakterial xərçəng Corynebacterium michiganense pv. michiganense Kartofda xərçəng Synchytriumendobioticum Pers.

  40. Qarğıdalı qıcalarında yeni törəmələr – Ustilago zeae

  41. III TİP- BİTKİ ORQANLARININ RƏNGİNİN DƏYİŞMƏSİ Xloroz- bitkinin yaşıl orqanlarının saralmasıdır. Yarpaqlarda bütün yarpaq ayəsinin və ya damararası ayrı-ayrı sahələrin xlorozu müşahidə olunur. Nümunə: almada xloroz. Albikasiya- yarpaqlar tərəfindən tam və ya qismən yaşıl rəngin itirilməsi (onlar ağarırlar). Bu zaman xlorofilldən məhrum olan yarpaq sahələri onun yaşıl hissəsindən kəskin şəkildə ayrılırlar. Nümunə: çuğundurda albikasiya.

  42. Tütündə mozaika Nicotiana virus 1 Smith. Xiyarda mozaika Tobacconekrosisvirus

  43. Paxlalılarda müxtəlif tipli mozaikalar

  44. IV TİP - ORQANLARIN FORMASININ DƏYİŞMƏSİ Prolifikasiya- çiçək və meyvələrin cırtdanlaşmasıdır, bu zaman çiçəklərin «böyüməsi» baş verir, çiçəkdə dişicik əvəzinə zoğ inkişaf edir, həmin zoğda isə yeni çiçək əmələ gələ bilir. Nümunə: qızılgül çiçəklərində prolifikasiya. Fasiasiya- cırtdanlılıqdır, bu zaman gövdə və ya zoğlar kəmərə-oxşar qabarıq forma alırlar. Nümunə: üzüm və ya günəbaxanda fasiasiya. Burulma- yarpaq kənarlarının bükülərək qıfa, borucuğa oxşa-ması. Nümunə: kartof yarpaqlarında qıvrılma. Qıvrılma- hüceyrənin anormal və güclü bölünməsi nəticəsində yarpaq ayəsinin ayrı-ayrı hissələrinin artması. Nümunə: şaftalıda yarpaq qıvrılması.

  45. Gavalıda “Cib cibə” - Taphrina pruni

  46. Şaftalıda yarpaq qıvrılması - Taphrina deformans

  47. Nektarində deformasiya Taphrina deformans Gavalıda “Cib cibə” Taphrina pruni

  48. V TİP- BİTKİNİN SƏTHİNDƏ SPORLARIN ƏMƏLƏ GƏLMƏSİ VƏ YA PARAZİT MİTSELİNİNYIĞILMASI Meyvəbədəni - qovğa göbələyi-meşə ağaclarının və ya onların ştambının səthində çoxillik və ya birillik dırnağa və ya kirəmitə oxşar törəmələr. Nümunə: yalançı qov, xallı qov. Yastıcıqlar- parazitin spor mərhələsindən ibarət olmaqla epi-dermisin kəsiyindən səthə çıxırlar. Tipik yastıcıqlar pas xəstəlik-lərini əmələ gətirən göbələklər üçün xarakterikdir. Nümunə: günəbaxanda pas.

  49. Örtük- ağ, boz və ya tünd rəngli olub, bitkinin yerüstü orqanla-rının səthindən asanlıqla silinir. Bu zaman aşağıdakı örtükləri fərqləndirirlər. a) yalançı unlu şeh-zərif örtük yalnız yarpağın alt tərəfində rast gəlinir. Nümunə: günəbaxanda yalançı unlu şeh. b) həqiqi unlu şeh – zərif örtük yarpaq ayəsinin üst səthində əmələ gəlir, yalnız güclü yoluxma zamanı yarpağın alt tərəfinə keçir. Nümunə: dənlilərdə unlu şeh. Sklerosiyalar– hiflərin sıx hörülməsi nəticəsində əmələ gələn müxtəlif forma və rəngli bədən. Nümunə: günəbaxanda ağ çürümə. Sürmə- ayrı-ayrı orqanların toxumalarının dağılması və qara toz kütləsinə çevrilməsi. Nümunə: buğdada bərk sürmə.

More Related