1 / 43

Təsnifatda yeri:

Çiyələyin fitoftorozu – Phytophthora fragarie Hiekman. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Pythiaceae fəsiləsi, Phytophthora cinsi Bioloji qrupu : Obliqat parazit.

lysa
Download Presentation

Təsnifatda yeri:

An Image/Link below is provided (as is) to download presentation Download Policy: Content on the Website is provided to you AS IS for your information and personal use and may not be sold / licensed / shared on other websites without getting consent from its author. Content is provided to you AS IS for your information and personal use only. Download presentation by click this link. While downloading, if for some reason you are not able to download a presentation, the publisher may have deleted the file from their server. During download, if you can't get a presentation, the file might be deleted by the publisher.

E N D

Presentation Transcript


  1. Çiyələyin fitoftorozu –Phytophthora fragarie Hiekman. Təsnifatda yeri: Chromista aləmi, Oomycota şöbəsi, Oomycetes sinfi, Peronosporales sırası, Pythiaceae fəsiləsi, Phytophthora cinsi Biolojiqrupu: Obliqat parazit

  2. Patogenin morfologiya və biologiyası. Çiyələk bitkisinin ən zərərli xəstəliklərindən biridir. Bitkinin bütün yerüstü hissələri yoluxurlar: giləmeyvələr, qönçələr, çiçəklər, hamaşçiçəklər, bundan əlavə rütubətli illərdə gövdənin təpə hissəsi, böyümə nöqtəsində yoluxur. Göbələk ən çoxu giləmeyvələrə ziyan vurur, belə ki, hələ yaşıl vəziyyətdə qonur və qabıqlı olur. Onlar yetişən zaman yumşalır, təbaşir rəngli haşiyəli qəhvəyi bərk qabıqlı ləkələrlə örtülürlər. Yoluxmuş yumşaq hissə elastikləşir və giləmeyvələrin qalan hissə-sindən ayrılmır. Xəstə meyvələrə göbələyin mitseli daxil olur və acı tama malik olurlar. Tədricən giləmeyvələr quruyurlar, mumiyalaşırlar. Yoluxmuş qönçə, çiçək və hamaşçiçəklərdə ləkələr qeyri bərabər forma alır və qəhvəyi. rəngi qəbul edir. Böyümə nöqtəsində nekroz baş verir. Gövdə qonurlaşır, yarpaq saplaqları və kolun rozeti məhv olur. Göbələk kök sisteminə də daxil ola bilir, lakin. Buna nadir hallarda təsadüf edilir.

  3. Çiyələkdə kələ-kötür ləkəlik - Xanthomonas fragariae Kennedy et King. Təsnifatda yeri: Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi Bioloji qrupu: Fakültətiv parazit

  4. Çiyələkdə mozaika, ksantos və ya sarılıq- Stranberry mosaic virus

  5. 14.3 Qarağat bitkisinin xəstəlikləri • Qarağatda antraknoz – Gloesporium ribis Mont et Desm. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi Biolojiqrupu: Hemibiotrof

  6. Patogenin morfologiya və biologiyası. Əsasan yarpaq və sap-laqlar sirayətlənirlər, təsadüfi hallarda xəstəliyin əlamətlərinə cavan zoğ, meyvəayaqcıqğı və gilələrdə təsadüf edilir. Yarpaqlarda kiçik, tünd-qonur, həlqəvi və ya yarım həlqəvi 0,8-1,2 mm-lik ləkələr əmələ gəlir. Bu ləkələrin üzərində xəstəlik törədicinin qara, parlaq, qabarıq konidi mərhələsi İnkişaf edir. Yarpaq saplaqlarında, meyvə-ayaqcığı və yaşıl zoğlarda qara, azacıq basıq, zəif sporlu ləkələr, gilələrdə isə qırmızı haşiyəli parlaq-qonur kiçik ləkələr formalaşır. Xəstəliyi konidi mərhələsində Gloesporium ribis Mont et Desm. adlandırırlar. Patogenin konidi mərhələsi Coelomycetes sinfinin Melanconiales sırasına daxildir. Patogenin iki forması məlumdur: F.nigra - qara qarağatı yoluxur. Xəstəlik törədicinin qara qarağatı yoluxan formasının xüsusiyyəti nisbətən kiçik temperatur həddində inkişaf etməkdir. Göbələyin bu forması öz inkişafıüçün yuxan olmayan temperatur tələb edir.

  7. Qarağatda unlu şeh - Sphaerotheca mors-uvae Bert. et Curt. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Ascomycota şöbəsi, Euascomycetes sinfi, Erysiphales sırası, Erysiphaceae fəsiləsi, Sphaerothecacinsi Bioloji qrupu: Obliqat parazit

  8. Patogenin morfologiya və biologiyası. Xəstəliklə yarpaq, zoğ və gilələr yoluxurlar. Unlu şeh xəstəliyinin simptomları cavan təpə yarpaqlarda və böyüyən zoğlarda əmələ gəlir. Yoluxma yerlərində ağ torvarı örtük inkişaf edir. Bu göbələyin konidi sporlarından ibarətdir. Onlar uçuşur, hava ахını ilə yeni orqanlara düşərək, yoluxmanın təkrarlanmasına səbəb olur. Müəyyən zaman müddətindən sonra səthi mitsel qonurlaşır və göbələyin qara meyvə bədəni (kleystotesilor) ilə örtülür. • Parazitin konidi mərhələsi qısa budaqlanmayan konididaşıyan-larla və zəncir formasında düzülmüş birhüceyrəli, rəngsiz, ellipsvarı konidilərlə təmsil olunmuşdur. Müəyyən zamandan sonra mitselin sıxlaşmasından kleystotesilər formalaşırlar. Onlar şarşəkilli, qəhvəyi, 80-100 mkm diametrlidir. Kleystotesilərin telləri mitseldən az fərqlənirlər. Kleystotesilərdə bir yumurtaşəkilli kisə formalaşır. Hər kisədə 8 kisəspor əmələ gəlir. Xəstəlik törədici mitsel formasında canlı hüceyrələrdə və kleystotesilərlə yoluxmuş zoğ və tökülən yarpaqlarda qışlayır.

  9. Qarağatda mozaika- Curront mosaic Xəstəlik yarpaq damarları arasında sarı ləkələr formasında əmələ gəlir. Sirayətlənmiş yarpaq tamamilə saralır və soluxurlar. Mozaika xəstəliyinin Curront mosaic əmələ gətirir. Mənənələr vasitəsilə yayılır. Xəstə bitkilər inkişaf etmir və meyvə vermirlər. Yoluxmuş bitkiləri yandırırlar. Mübarizə tədbirləri. Virussuz əkin materialının alınması önəmli tədbirdir. Xəstəliyin yayılmasına səbəb olan mənənələrə qarşı insektisid-lərdən biri ilə kimyəvi mübarizə aparılmalıdır.

  10. 14.4 Moruq bitkisinin xəstəlikləri • Moruğun antraknozu - Gloesporium venetum Sreg. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Gloeosporium cinsi Biolojiqrupu: Fakültətiv parazit

  11. Patogenin morfologiya və biologiyası. Yarpaqlar, saplaq, zoğ və meyvələr sirayətlənirlər. Yarpaqlarda çox kiçik həlqəvi ləkələr əmələ gəlir. Ləkələr çox vaxt 1-3 mm diametrli olub, ortası boztəhər olmaqla geniş al-qırmızı haşiyə ilə əhatə edilmişdir. Çox iri ləkələr bəzən qovuşurlar. Müəyyən hallarda köhnə ləkələrdə olan yoluxmuş toxuma tökülür. Saplaqlarda kiçik qovuşan yaralar formasında ləkələr əmələ gəlir. Gövdədə geniş al-qırmızı haşiyə ilə əhatəyə alınmış dərin yaralar formalaşır. Güclü yoluxma zamanı ləkələr qovuşurlar və qonurtəhər rəng alır, mantarlaşır və partlayır. Belə bütöv mantarlar adətən bic zoğların uclarında, meyvəverən budaqlarda əmələ gəlir və onları məhv edir. Payızda və qışda belə bütöv yoluxmuş toxuma bozarır və xəstəliyin bu mərhələsinə "boz qabıq" deyirlər.

  12. Moruğun ağ ləkəlik və ya septoriozu – Septoria rubi West. Təsnifatda yeri: Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Sphaeropsidales sırası, Sphaeropsidaceae fəsiləsi, Septoria cinsi Biolojiqrupu: Fakültətiv parazit

  13. Patogenin morfologiya və biologiyası. Moruq bitkisinin yarpaq-larında çoxsaylı həlqəvi, qəhvəyitəhər ləkələr əmələ gəlir. Az sonra onlar ağarır və al-qırmızı haşiyəli olur. Müəyyən zaman ötəndən sonra ləkələr qovuşur, dağılır və tökülürlər. Patogen yarpaqların üst tərəfində olan ləkələrin üzərində piknidlər əmələ gətirir. Piknidlərdə sapvari, rəngsiz, 3-4 aydın olmayan arakəsməli piknosporlar formalaşır. Onlar piknidlərdən çəhrayı-qırmızı lent kütləsi şəklində çıxırlar. Göbələk kisə mərhələsi də əmələ gətirə bilir və bu halda onu Mycosphaerella rubi Roak. adlandırırlar. Onun psevdotesilərinin diametri 60-80 mkm-dir. Kisələr silindrik olub, 8 kisəsporu var. Sonuncular rəngsiz, yüngülcə iynəşəkillidir. Patogen sporlarla yayılır. Xəstəliyin inkişafına küllü miqdar yağıntılar və mülayim temperatur əlverişli şərait yaradır. Patogen yarpaqlardan əlavə zəif müşahidə edilən ləkələr formasında göv-dələrdə dəmüşahidə edilir. Yoluxmuş zoğların qabığı kiçik yarıqlarla örtülür.

  14. Özünü yoxlama üçün mövzuya aid test sualları • 1. Üzümdə mildyu xəstəliyinin törədicisi hansı sinfə və sıraya mənsubdur? • a) Oomycetessinfi, Perenosporalessırası • b) Oomycetessinfi, Pythialessırası • c) Zycomycetessinfi, Mucoralessırası • d) Zygomycetessinfi, Entomophthoralessırası • e) Chytridiomycetessinfi, Chytridialessırası

  15. 2. Mildyu xəstəliyinin törədicisini düzgün müəyyən edin? • a) Plasmoparahelianthii • b) Peronospora destructor • c) Plasmoperaviticola • d) Pseudoperonosporacubensis • e) Peronosporaschachtii

  16. 3. Plasmopara viticola göbələyinin inkişafı üçün minimal, optimal və maksimal temperatur hədlərini göstərin ? • a) 0ºC; 10-15ºC; 30-32ºC • b) 7,9ºC; 20-22ºC; 29ºC • c) 8ºC; 16-18ºC;35ºC • d) 10ºC;18-20ºC; 35ºC • e) 5ºC;6-12ºC; 24ºC

  17. 4. Mildyu xəstəliyi ilə üzüm bitkisinin yoluxduğu orqanları düzgün sıralayın ? • a) yarpaqlar, gilələr • b) hamaşçiçək, çiçək və gilələr • c) yalnız bitkinin vegetativ orqanları • d) yalnız bitkinin generativ orqanları • e) yarpaq, bığcıq, qönçə, çiçək, salxım və yetişməmiş gilələr

  18. 5. Mildyu xəstəliyinə qarşı davamlı sortları düzgün sıralayın ? • a) Qaraburnu, Mədrəsə, Saperavi, Qara şam, Arnaqrna, Qara Aldərə, Ağ Aldərə, Şirvanşahı • b) İzabella, Şardone, Mələyi, Keçiməməsi • c) Xındoqnı, Takveri, Şafeyi, Ağ muskat • d) Xərci, Hüseyni, Xəlili, Ağ kişmiş • e) Rkasiteli, Bayanşirə, Şamaxı Mərəndisi, Qara şam

  19. 6. Oidium xəstəliyi ilk dəfə hansı Avropa • ölkəsində qeydə alınmışdır? • a) İngiltərə • b) İngiltərə, Fransa, Polşa • c) Slovakiya, Belorus • d) Fransa • e) Rumıniya

  20. 7. Oidium xəstəliyi törədicisinin konidi • mərhələsi necə adlanır? • a) Erysiphe cochloides • b) Oidium tuckeri • c) Uncinula necator • d) Gloesporium ampelinum • e) Fusicladium dendriticum

  21. 8. Oidium xəstəliyinin törədicisi necə • qışlayır? • a) mitsel ilə tumurcuqların daxilində • b) kleystotesilərlə tökülən yarpaqlarda • c) mitsel ilə gilələrin səthində • d) mitsel və kleystotesilərlə torpağın səthində • e) göbələk qışlamır, daim inkişafdadır

  22. 9. Üzümün xəstəliklərini düzgün sıralayın ? • a) mildyu, toz sürmə, fomoz, alternarioz, fitoftoroz • b) oidium, mildyu, bərk və ya iylənən sürmə, qovuqlu sürmə • c) pirkulyarioz, boz çürümə, ləkəli nekroz, toz sürmə, helmintosporioz • d) klasterosporioz, monilioz, boz çürümə, makrofomoz, dəmgil • e) mildyu, oidium, antraknoz, boz çürümə, ağ çürümə, ləkəli nekroz, bakterial xərçəng, eska (iflic) və s.

  23. 10. Antraknoz xəstəliyi hansı şəraitdə daha geniş əraziləri əhatə edir? • a) yeraltı suların torpağın üst qatlarına yaxın yerləşdiyi şəraitdə • b) istənilən şəraitdə • c) dağlıq və dağətəyi rayonlarda • d) düzən rayonlarda • e) yüksək rütubət olan şəraitdə

  24. 11. Boz çürümə xəstəliyini üzümdə hansı • göbələk törədir? • a) Pythium de barianum • b) Vertisillium dahliae • c) Sclerotinia sclerotiorum • d) Botrytis cinerea • e) Aspergillus niger

  25. 12. Çiyələkdə ağ ləkəlik xəstəliyini hansı • göbələk törədir? • a) Sphaerothera mors-uvae • b) Mycosphaerella fragariae • c) Ramularia tulasnei • d) Rhizoctonia aderholdii • e) Monilia laxa

  26. 13. Antraknoz xəstəliyi ilə qarağat bitkisinin • hansı orqanları yoluxur ? • a) bitkinin kök sistemi • b) yalnız bitkinin kökboğazı • c) generativ orqanları • d) vegetativ orqanların hamısı • e) yarpaq, saplaq, çiçək, meyvə

  27. Diqqətinizə görə təşəkkür edirəm !

More Related